Naxçıvanın yaz yeməkləri FOTO


Digərləri 05 Apr 2019 07:00:00 56 0

Naxçıvanın yaz yeməkləri  FOTO

Ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvanda baharın gəlişi ilə insanların mətbəxində, süfrəsində dağlarımızda, düzlərimizdə yetişən bitkilərdən ibarət çoxçeşidli qidalar üstünlük təşkil edir.

Son.az bildirir ki, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində bu barədə danışan tədqiqatçı-jurnalist Zaleh Novruzov deyib ki, Naxçıvan əhalisinin qidasında müxtəlif yeməklərin hazırlanmasında göyərti daha çox yer tutur. Diyarımızda erkən yazda çiy halda ən çox yeyilən bitkilərə müxtəlif növ yemlik (südlü, təkəsaqqalı), quşəppəyi, dağlarda bitən quzuqulağı aiddir. Bununla bağlı şeirlərimizin birində deyilir:

İlk baharda biz dağlara gedərdik,

Kəklik kimi qayalarda səkərdik.

Xına sürtər, quzuqulağı dərərdik,

Nübar bilib, hər kəsə pay verərdik.

Minbir dərdin dərmanı - quzuqulağı, topalaq...

Onun sözlərinə görə, quzuqulağı Naxçıvanda daşlı qayalarda bitdiyi üçün onu yığmağa uşaqlar və yeniyetmələr gedər, yığdıqlarından qohum-qonşuya pay verərdilər. Orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, əkin sahələrindən "topalaq" adlandırılan bitki də yığılıb yeyilərdi. Şum zamanı səthə çıxan bu kök yumrularının qabığı soyulduqdan sonra istifadə olunardı. Şirintamlı topalaqla yanaşı, əkin sahələrindən kələməkeşir də yığılıb yeyilirdi. Erkən yazda təpəliklərdə ən çox rast gəlinən murçalıq kökü, gicitkən, bağayarpağı kimi təbii bitki növlərinə də üstünlük verilirdi. Bu gün süfrələrimizin bol, insanların həyat səviyyəsinin yaxşı, ailələrdə hər cür təamların olması uşaqların belə bitki məhsullarını yeməyini maraqsız edib. Ancaq heç bir təam müxtəlif vitaminlərlə zəngin bu təbii qidaları əvəz edə bilməz. 

Zaleh Novruzov deyib: Yaz fəslində yemək çeşidlərinin içərisində yabanı və becərilən göyərtilər də üstünlük təşkil edir. Bu dövrdə göy soğana, tərxuna və digər göyərtilərə, soyutma yumurtaya, pendir-lavaşa üstünlük verənlər çox olur. Göyərtidən, əsasən, dovğa və kətə bişirilir. Əsl evdar qadınlar bu dövr üçün qovurma saxlayırlar. Çünki qovurma ilə qızardılan pencərin və yumurtanın dadı əvəzedilməz olur. Qızartmada ən çox xıncılovuz, qazayağı, çiriş, cacıq, şomu, gicitkən və mərəçöhrdən istifadə edilir. Göyərti az olduqda düyü, buğda, yarma əlavə edib "cılbırt" adlandırılan yemək bişirirlər. Bir çox göyərtilərdən çərəz kimi də istifadə edilir.

Naxçıvan kətəsinin, küküsünün dadından doymaq olmur

Kükü yemək növü də göyərtilərdən hazırlanır. Narın doğranmış pencərə yumurta əlavə edilərək qarışdırılır və tavada qızardılır. Göyərtidən kətə ilə yanaşı, göy qutab da bişirilir. Bunun üçün həyətyanı sahələrdə alaqotu kimi bitən qaratərə və sarmaşıqdan da istifadə edilir. Təndirdə bişirildikdə kətə daha dadlı olur. Onu isti-isti yemək məsləhətdir. Zövqə uyğun olaraq kətəyə sumax səpir, isti kətənin içərisinə eymə yağı qoyub yedikdə isə daha ləzzətli olur. Digər bir bitki növü - şomu qovurulsa da, kətəsinə daha çox üstünlük verilir. Şomunun becərilən, yəni mədəni növü olan ispanaqdan, yarpızdan da kükü bişirmək mümkündür. Bu mövsümdə göyərtidən qatıqaşı, dovğa da hazırlanır. Dovğa ən çox yarpız, nanə, ispanaq, keşniş, cəfəri, salmança ilə bişirilir.


Xəbərə aid fotolar

DGK dövlət büdcəsinə ayırmalarını xeyli artırıb like
  • 05 Apr 06:16  
Digərləri DGK dövlət büdcəsinə ayırmalarını xeyli artırıb

2019-cu ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət

arrow Ətraflı
Ermənistan AES-in modernizasiya üzrə kreditin ödənilməsində çətinlik çəkir like
  • 05 Apr 05:36  
Digərləri Ermənistan AES-in modernizasiya üzrə kreditin ödənilməsində çətinlik çəkir

Ermənistan Rusiyadan "Ermənistan" AES-in modernizasiyasına ayırılan krediti

arrow Ətraflı
Qubada kanala düşən kişinin meyiti tapılıb like
  • 05 Apr 04:28  
Digərləri Qubada kanala düşən kişinin meyiti tapılıb

Quba rayonunda kanala düşən şəxsin meyiti tapılıb.

arrow Ətraflı
Tramp Meksikadan miqrasiya məsələsini həll etməyi tələb edib like
  • 05 Apr 03:39  
Digərləri Tramp Meksikadan miqrasiya məsələsini həll etməyi tələb edib

ABŞ Prezidenti Donald Tramp Meksikadan miqrasiya ilə bağlı problemi həll et

arrow Ətraflı
3 yaşlı Aydın Xırdalanlı  FOTO like
  • 05 Apr 03:30  
Şou-biznes 3 yaşlı Aydın Xırdalanlı FOTO

Sosial şəbəkədəki səhifələrdən birində mərhum meyxanaçı Aydın Xır

arrow Ətraflı
"Milli Ornament və Naxışlar" adlı uşaq moda müsabiqəsi keçirilib (FOTO) like
  • 05 Apr 03:18  
Digərləri "Milli Ornament və Naxışlar" adlı uşaq moda müsabiqəsi keçirilib (FOTO)

"Art production" "Pullman hotel"də "Milli Ornament və Naxışlar" adlı uşaq

arrow Ətraflı
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olunub like
  • 05 Apr 02:35  
Digərləri Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olunub

Azerbaijan Public Speaking Competition (APSC) dünya təcrübəsini tətbiq edə

arrow Ətraflı
Braziliyada iki banka birdən hücum: 11 nəfər öldürülüb like
  • 05 Apr 02:28  
Digərləri Braziliyada iki banka birdən hücum: 11 nəfər öldürülüb

Braziliyanın Quararema şəhərində polislərlə toqquşmalarda 11 bank qarət

arrow Ətraflı
Bərdədə 3 otaqlı ev yanıb like
  • 05 Apr 01:11  
Digərləri Bərdədə 3 otaqlı ev yanıb

Bərdə rayonunun Divanlı kəndində ümumi sahəsi 68 m² olan birmərtəbəli

arrow Ətraflı
Famil Sadıqov "Qazprom"un İdarə Heyətinin sədr müavini təyin olunub like
  • 05 Apr 00:24  
Digərləri Famil Sadıqov "Qazprom"un İdarə Heyətinin sədr müavini təyin olunub

Azərbaycanlı Famil Sadıqov "Qazprom" İctimai Səhmdar Cəmiyyətinin İdarə

arrow Ətraflı