Sinqapurda yeni super otel tikiləcək


Digərləri 05 Apr 2019 06:30:00 276 0

Sinqapurda yeni super otel tikiləcək

Sinqapurda əsas turizm obyektlərində miqyaslı yenidənqurma işlərinə start verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəhər-dövlətin iki mehmanxana və əyləncə komplekslərinin operator kompaniyaları - "Marina Bay Sands" və "Resort World Sentosa" bu məqsədlə 9 milyard dollar ayırmağı planlaşdırır.

İki yüz metr hündürlükdə yerləşən gəmi formalı hovuzu ilə məşhur olan "Marina Bay Sands" mehmanxana kompleksi min nömrəlik 5 ulduzlu otelin, 15 min nəfərlik konsert zalının, həmçinin ticarət mərkəzi və restoranların yerləşəcəyi dördüncü binaya sahib olacaq.

Əsas əyləncə komplekslərinin cəmləndiyi Sentosa adasında yerləşən okeanarium da genişləndiriləcək. Yenidənqurma işlərindən sonra onun sahəsi üç dəfə artacaq. "Universal Studios" tematika parkında "Minyionlar" və "Super Mario" cizgi filmlərinin motivləri əsasında hazırlanan yeni zonalar yaradılacaq.