DGK dövlət büdcəsinə ayırmalarını xeyli artırıb


Digərləri 05 Apr 2019 06:16:00 200 0

DGK dövlət büdcəsinə ayırmalarını xeyli artırıb

2019-cu ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 348,4 milyon manat köçürüb, bu da ötən ilin analoji dövrü ilə müqaisədə 23,8 faiz çoxdur.

Bakı. Xeyrəddin Nəsirzadə - 2019-cu ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 348,4 milyon manat köçürüb, bu da ötən ilin analoji dövrü ilə müqaisədə 23,8 faiz çoxdur. Bu barədə Trend DGK-nın stastistik göstəricilərinə istinadən xəbər verir. DGK-nın xətti ilə büdcəyə daxilolmalar 4 istiqamət üzrə formalaşır: gömrük rüsumları, əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi və yol vergisi. Cari ilin mart ayında gömrük vergiləri 78,66 milyon manat və ya bütün daxilolmaların 22,6 faizi, ƏDV - 218,16 milyon manat (62,62 faiz), aksizlər - 48,16 milyon manat (13,8 faizə yaxın), yol vergisi - 3,4 milyon manat (bir faizə yaxın).