Avstraliyada sosial şəbəkələrdə zorakılıq səhnələrinə görə məsuliyyət barədə qanun qəbul edilib


Dünya 05 Apr 2019 04:30:00 257 0

Avstraliyada sosial şəbəkələrdə zorakılıq səhnələrinə görə məsuliyyət barədə qanun qəbul edilib

Aprelin 4-də Avstraliya parlamenti zorakılıq səhnələrinin yayılması ilə qeyri-səmərəli mübarizəyə görə media şirkətlərinin rəhbərliyi üçün cərimənin və həbs cəzasının tətbiqinin nəzərdə tutulduğu qanun layihəsini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, sosial platforma müvafiq kontenti təcili silmədiyi halda onun rəhbərliyini şirkətin illik dövriyyəsinin 10 faizi məbləğində cərimə və ya 3 il müddətədək həbs cəzası gözləyir. Bundan əlavə, media şirkətlər öz platformalarında zorakılıq səhnələrinin yer aldığı videoçarxlar barədə polisi təcili məlumatlandırmalıdırlar.

Xatırladaq ki, martın ortalarında Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məsciddə törədilən terror aktları nəticəsində 50 nəfər həlak olub, bir o qədər insan da yaralanıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bu hadisəni terror aktı adlandırıb. Faciə ilə bağlı 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarranta qarşı qətl törətmək ittihamı irəli sürülüb və aprelin 5-dək onun həbsdə saxlanması qərara alınıb.