Qubada kanala düşən kişinin meyiti tapılıb


Digərləri 05 Apr 2019 04:28:02 211 0

Qubada kanala düşən kişinin meyiti tapılıb

Quba rayonunda kanala düşən şəxsin meyiti tapılıb.

Bakı. Quba rayonunda kanala düşən şəxsin meyiti tapılıb. Trend-ə FHN-dən verilən məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun İkinci Nügədi kəndində 1984-cü il təvəllüdlü Qubadov Nemət Şıxverdi oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub. Məlumata əsasən, hadisə yerinə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.