Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olunub


Digərləri 05 Apr 2019 02:35:59 224 0

Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olunub

Azerbaijan Public Speaking Competition (APSC) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır.

Bakı. Azerbaijan Public Speaking Competition (APSC) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır. APSC Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU “The English-Speaking Union” təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər. Trend-in məlıumatına görə, dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən “The English-Speaking Union” təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” öz fəaliyyətini uğurla davam etdirir. Bugünə kimi bir çox natiqlik yarışması və öyrədici layihələr həyata keçirən Platforma - Gənc Natiqlər Konfransını həyata keçirib. Konfransın əsas məqsədi ölkənin ən yaxşı gənc natiqlərini bir araya toplamaq və onların öz fikirlərini ifadə etmələrinə şərait yaratmaq olub. Həmçinin, peşəkar, beynəlxalq natiqlərin iştirakı ilə həyata keçirilən panel sessiyası müzakirələri ilə gənclərə 21-ci əsrin tələbi - natiqliyin karyera, şəxsi brendinq, biznes kimi müxtəlif sahələrdəki imkanlarını çatdırmaq olub. Konfransda 10 natiqin “Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!” mövzusu ətrafındakı çıxışları hər kəs tərəfindən maraqla qarşılanıb və münsiflər heyəti tərəfindən qiymətləndirilib. Azərbaycanın ən yaxşı 3 natiqi müəyyən olunub: 1-ci yer: Adil Qafarlı - Bakı Mühəndislik Universiteti