Günün qoroskopu: Ailə üzvləri ilə ünsiyyət üçün yaxşı zamandır


Digərləri 05 Apr 2019 00:01:00 219 0

Günün qoroskopu: Ailə üzvləri ilə ünsiyyət üçün yaxşı zamandır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısı ilə bağlı planlar quranda unutmayın ki, hətta ən sadə və asan işlərin həlli nəzərdə tutulduğundan artıq vaxt alacaq. Yolda ləngimə, təxirəsalma riskləri də az deyil. Yolda gecikmələr ola bilər. Ona görə də gecikmələrlə barışmayan insanlarla bu gün görüş təyin etməyin. Vəd edilən görüşə vaxtında qatılmaq asan olmayacaq.

Günün ikinci yarısında səhhətinizdə problemlər ola bilər. Meteohəssas insansınızsa, özünüzdən muğayat olun. Kompüter arxasında çox vaxt keçirmək, uzun müddət televizora baxmaq məsləhət deyil.

Gözləriniz tez yorulacaq.

Buğa - unutmayın ki, yaxın gələcəklə bağlı planlar qurursunuz. Nəyi həyata keçirmək istədiyinizi müəyyənləşdirin. Əfsuslar olsun ki, bir sıra məsələlərdə sizi pərişanlıq gözləyir.

Günün maliyyə fonu uğursuz olduğundan bədxərcik etməyin, spontan alış-verişə varmayın. İşgüzar səfər və ya səyahət uğursuz alınacaq. Çoxdankı tərəfdaşlardan biri ilə münasibətlər korlana bilər.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Yaxınlarınızla münaqişə və ciddi ixtilaflara səbəbkar olmayın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Əkizlər - səhər saatlarında xüsusilə diqqətli və səbrli olun. Həmkarlar, işgüzar tərəfdaşlar və işdəki rəhbərliklə təmaslarda diqqətli olun. Yalnız belə olarsa, sonradan uzunmüddətli münaqişələrə təməl olacaq mübahisənin qarşısını ala bilərsiniz. Birgə fəaliyyət üçün əlverişsiz zamandır.

Günün ilk yarısından başlayaraq müstəqil çalışmağa başlayın.

Maliyyə məsələləri ilə bağlı problemlər yaranarsa, yaşlı qohumlar və təcrübəli dostların məsləhətlərinə qulaq asın.

Sevdiyiniz insanla münasibətlərdə problemlər yarana bilər. Güzəştə gedin, təmaslardakı harmoniyanı qoruyun.

Xərçəng - bilin ki, günün ilk yarısı uğurlu olacaq. Qərarları vaxtında qəbul edərək qətiyyətli addımlar atsanız, göstərdiyiniz səylər peşəkar fəaliyyət sahəsində ciddi irəliləyişlə sonuclanacaq.

Əzəli rəqibi üstələmək, bədxahları pərişan etmək şansları var. Karyera, maliyyə məsələləri, şəxsi həyatla önəmli qərarlar qəbul edərkən ciddi düşünün.

Günün ikinci yarısı o qədər də əlverişli olmadığından daha ehtiyatlı tərpənməlisiniz. İnsanların gur olduğu yerlərə yollanmayın.

Sakit istirahət, yorucu olmayan və maraqlı məşğuliyyət üçün vaxt tapın.

Şir - gerçəkdən də, qarışıq, mürəkkəb, çətin gündür. Fəqət, problemlər müvəqqəti səciyyəlidir və az sonra həll olunacaqlar. Uzunmüddətli öhdəliklər götürməyin, vədlər verməyin. Cari işləri başa vurmamış yeni planlar qurmayın. Boş vaxtınız az olacaq. Süst və ətalətli davranmayın.

Əyləncəni ixtisara salmaq olar.

Günün ikinci yarısı nüfuzlu insanlarla görüş, dövlət qurumlarına baş çəkmək üçün əlverişli deyil. Romantik görüş də pis alınacaq. Bu səbəbdən də ciddi səhvlərə yol verməməyə çalışın.

Qız - narahat olmayın, əlverişli və yaxşı gündür. Ciddi uğurlara nail ola bilərsiniz. Qəbul etdiyiniz qərarlar qeyri-standart olarsa, qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində çoxdan bəri həllini gözləyən problemi çözmək şansları yaranıb. Son vaxtlar dil tapa bilmədiyiniz insanlarla dil tapa bilərsiniz.

Hüquqi və əmlak məsələlərinin həlli, habelə alış-veriş üçün yaxşı zamandır.

Günün ikinci yarısında səfər və ya səyahət uğurlu alına bilər. Yaxınlarınızla münasibətlərdə həssas olun. Təmasların səmimi, harmonik olmasına çalışın. Romantik təmaslar və dost görüşləri sizi sevindirəcək.

Qəfil hədiyyə istisna deyil.