Göyçayda 69 yaşlı kişini maşın vurdu


Digərləri 04 Apr 2019 23:29:00 241 0

Göyçayda 69 yaşlı kişini maşın vurdu

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1950-ci il təvəllüdlü Miriyev Abduləli oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.