İmtahan nəticələrinin açıqlanması niyə gecikir?


Digərləri 04 Apr 2019 22:21:00 220 0

İmtahan nəticələrinin açıqlanması niyə gecikir?

9-cu siniflər üçün buraxılış imtahanlarının keçirilməsindən 1 aya yaxın vaxt ötüb. Lakin hələ də imtahan nəticələri açıqlanmayıb. Dövlət İmtahan Mərkəzi nəticələrin gecikməsinə aydınlıq gətirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib ki, imtahan nəticələrinin gec açıqlanması obyektivliklə bağlı heç bir şübhə yarada bilməz.

Onun sözlərinə görə, burada milyonlarla tapşırığın yoxlanılmasından söhbət gedir. Yazılı şəkildə cavablandırılmalı olan suallar var və onlar birinci mərhələdə daha çoxdur. Bu səbəbdən də tapşırıqların yoxlanılması 2 aya yaxın çəkir. Obyektivliyin qorunması məqsədi ilə də hər bir şagird öz cavab vərəqinə baxmaq imkanı əldə edəcək.

Qurum rəsmisi bəzi fənlər üzrə sualların çətin salınması məsələsinə də aydınlıq gətirib. Vurğulayıb ki, imtahandan öncə texniki tapşırıq hazırlanır. Həmin tapşırıqda imtahanın məzmunu öz əksini tapır və sualların çətinlik dərəcəsi təyin edilir.