Kələmin kəskin bahalaşmasının səbəbi bilindi


Digərləri 04 Apr 2019 22:22:00 192 0

Kələmin kəskin bahalaşmasının səbəbi bilindi

Bazarlarda kələm bahalaşıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bir müddət əvvəl 1 kiloqramı 70-80 qəpiyə satılan kələmin qiyməti indi 1 manat 40 qəpiklə 2 manat arasında dəyişir.

Satıcılar qiymətlərin kəskin artmasını bir sıra səbəblərlə izah edirlər. Əsas səbəb bölgələrdə, xüsusən də Bərdədə kələmin azalmasıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə isə deyib ki, qiymətlərin artmasının əsas səbəbi kələm ixracının kəskin artmasıdır.