Sürücülərin diqqətinə! Avtomobillərdən oğurluq halları artır


Digərləri 04 Apr 2019 22:18:00 200 0

Sürücülərin diqqətinə! Avtomobillərdən oğurluq halları artır

Son zamanlar avtomobillərin şüşələrini sındıraraq oğurluq edilməsi hallarına daha çox rast gəlinir. Odur ki, sürücülərə diqqətli olmaq tövsiyə edilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, son vaxtlar paytaxt rayonlarının ərazisində avtomobillərdən gecələr oğurluqlar edilməsi polisi hərəkətə keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeydə alınan bütün cinayət hadisələri araşdırılır, amma buna baxmayaraq sürcülərə tövsiyə edilir ki, avtomobilləri nəzarətsiz ərazilərdə saxlamasınlar. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, sürücülər bəzi nüanslara diqqət etsələr özlərini bu kimi hadislərdən qoruya bilərlər.

Vaqif Əsədov qeyd edir ki, bəzən sürücülər dəyərli əşyaları salonun görünən hissəsinə qoyduğundan, hətta gündüz vaxtı da oğurluq baş verə bilir.