Kredit faizləri aşağı düşəcək


Digərləri 04 Apr 2019 22:19:00 237 0

Kredit faizləri aşağı düşəcək

Banklar vətəndaşlara yüksək faizlə kredit verə bilməyəcək. Bununla bağlı ''Banklar haqqında'' qanuna dəyişikliyin edilməsi təklif olunur. Təklif qəbul edilsə, kredit faizini və digər xərclərin həddini dövlət qurumu müəyyənləşdirəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda kredit faizlərini və bankların vətəndaşlardan aldığı bütün digər xərclərin yuxarı həddini dövlət qurumu müəyyənləşdirəcək. Bu, "Banklar haqqında" qanuna ediləcək dəyişikliklə mümkün olacaq. Artıq dəyişiklik layihəsi Milli Məclisə təqdim edilib.

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyevin sözlərinə görə, ölkəmizdə bəzi banklar hətta 36 %-lə kredit verir ki, bunun da geri qaytarılmasında əksər hallarda ciddi problemlər yaranır. Nəticədə isə problemli kredit ölkə iqtisadiyyatına ziyan vurur.