Ayın Peyğəmbər (s) tərəfindən iki yerə bölünməsi elmi müşahidələrlə də öz təsdiqini tapıbmı?


Digərləri 04 Apr 2019 22:05:00 235 0

Ayın Peyğəmbər (s) tərəfindən iki yerə bölünməsi elmi müşahidələrlə də öz təsdiqini tapıbmı?

Həzrət Mühəmməd Peyğəmbərin (s) ən böyük möcüzələrindən biri də göydəki Ayı barmağının işarəsi ilə iki yerə bölməsi olmuşdur. Dini ədəbiyyatda buna "şəqqül-qəmər" deyirlər. Bu möcüzə əksər din alimləri tərəfindən qəbul edilir. Amma bəzi tədqiqatçılar Ayın parçalanmasından bəhs edən ayədə ("Qəmər" surəsi) qiyamət gününün hadisəsinin təsvir olunduğunu iddia edirlər. Bəzi tədqiqatçılar isə əslində Ayın bölünmədiyini, Allahın əmri ilə inadkar müşriklərin gözünə bu cür göründüyünü yazırlar

Son.az islam.az-a istinadən bildirir ki, günümüzdə bəzi KİV-də Ay səthinin müəyyən şəkilləri yerləşdirilir və bunlar guya Peyğəmbər (s) tərəfindən Ayın bölünməsinin sübutu kimi təqdim edilir. Amma müasir astronomik müşahidələr bunu tam təsdiq etmir. Verilən şəkillərin çoxusu Ay səthindəki dərin parçalanmaların deyil, səthi qırışların və uçurumların fotosudur. Bu şəkillər əsasında Ay səthini tam əhatə edən vahid bir qırılma xəttinin olduğunu iddia etmək mümkün deyil. Mümkündür ki, gələcəkdə daha ətraflı müşahidələr nəticəsində şəqqül-qəmər hadisəsinin elmi sübutu tapılacaq.