İranın cənubunda yarım tondan çox narkotik aşkarlandı


Digərləri 04 Apr 2019 20:34:00 194 0

İranın cənubunda yarım tondan çox narkotik aşkarlandı

İranın cənubunda yerləşən Buşehr vilayətinin Əsəluyə rayonunda 630 kq tiryək aşkarlanıb.

Bakı. Elnur Bağışov - İranın cənubunda yerləşən Buşehr vilayətinin Əsəluyə rayonunda 630 kq tiryək aşkarlanıb. Trend-in məlumatına görə, bunu İranın Buşehr vilayətinin polis rəisi Xəlil Vaezi deyib. X.Vaezinin sözlərinə görə, narkotik qaçaqmalçıları yükü dənizdən quruya, sonra isə Əsəluyədən qonşu vilayətlərin birinə nəql etməyə cəhd ediblər.