Dünya güclərinin böyük oyunu:


Dünya 04 Apr 2019 20:24:00 218 0

Dünya güclərinin böyük oyunu:

NATO Qara dənizdə hərbi gəmilərinin sayını artırmaq istəyir.

Son.az xəbər verir ki, bu sözlər "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində yer alıb. Mərkəz qeyd edir ki, NATO-nun məqsədi Ukrayna hərbi gəmilərinin Kerç boğazından rahat istifadəsini təmin etməkdir:

"Ancaq Rusiya bunun əleyhinədir. Rusiya Ukrayna gəmilərinin Kerç boğazından istifadəsini məhdudlaşdırır. Halbuki Ukrayna gəmilərinin Azov dənizindən istifadəsi beynəlxalq dəniz hüququna görə məhdudlaşdırılmamalıdır. Əgər Ukrayna hərbi gəmilərinin körpünün altından keçməsinə görə Rusiyadan icazə alsa, onda Krımın ilhaqını tanımış olacaq. Rəsmi Kiyev buna getməz".

Bildirilir ki, Rusiya NATO-nun Qara dənizdəki planlarına Türkiyə vasitəsilə mane olmaq istəyir:

"1936-cı ildə imzalanan Montrö sazişinə görə, gəmilərin Bosfor və Dardanel boğzlarından keçərək Qara dənizə daxil olmaq hüququ var. Ancaq hərbi gəmilər üçün məhdudiyyət mövcuddur. Qara dənizə aidiyyəti olmayan ölkələrin hərbi gəmilərinin Boğazlardan dənizə keçidinə məhdudiyyət qoyula bilər. Ancaq bu imkan Türkiyənin əlindədir, çünki Boğazlara Türkiyə nəzarət edir. Rusiya istəyir ki, Türkiyə NATO və ABŞ hərbi gəmilərinin Boğazlardan keçişinə məhdudiyyət qoysun".