Qanunsuz yolla ixrac olunan 20 ton soğan aşkarlandı


Dünya 04 Apr 2019 20:29:00 190 0

Qanunsuz yolla ixrac olunan 20 ton soğan aşkarlandı

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda iki yük maşınında qanunsuz yolla ixrac üçün aparılan 20 ton soğan aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Hörmüzqan vilayəti polis rəisinin əvəzi polkovnik Abbasəli Behdanifərd deyib.

A.Behdanifərdin sözlərinə görə, qaçaqmalçılıqla mübarizə çərçivəsində polis əməkdaşları Minab rayonunda iki şübhəli yük maşınını saxlayıblar.

Polis rəsmisi qanunsuz yolla ixrac üçün aparılan soğanın dəyərinin 800 milyon rial (təxminən 19 min dollar) olduğunu bildirib.