Avtomobil yollarında təmir işləri nə zaman aparılmalıdır


Digərləri 04 Apr 2019 19:50:00 182 0

Avtomobil yollarında təmir işləri nə zaman aparılmalıdır

Asfalt-beton örtüklərinin xidmət müddətində istismarını təmin etmək üçün onların saxlanması və təmir edilməsi zəruri şərtlərdən biridir.

Bakı. Asfalt-beton örtüklərinin xidmət müddətində istismarını təmin etmək üçün onların saxlanması və təmir edilməsi zəruri şərtlərdən biridir. Asfalt-beton örtüklərdə müntəzəm olaraq cari, orta və əsaslı təmir işləri icra olunur. Avtomobil yolları istismar prosesində avtonəqliyyat vasitələrinin və təbii amillərin təsirlərinə məruz qalır. Avtomobillərin təkərlərinin sürtünməsindən və yağıntıların mənfi təsirlərindən asfalt-beton örtükdə yeyilmə, aşınma, çat və dağılmalar baş verir ki, bu da asfalt-betonun örtük materialının qalınlığının azalmasına gətirib çıxarır. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, aparılmış tədqiqatlar göstərir ki, 4-5 il ərzində asfalt-beton örtüyün üst layında əhəmiyyətli dərəcədə aşınma baş verdiyinə görə bu konstruktiv lay üzərinə düşən funksiyanı yerinə yetirə bilmir və onun yenilənməsinə zərurət yaranır. Avtomobillərin hərəkət şiddətindən asılı olaraq, yol geyimini müxtəlif üsullarla gücləndirirlər. Yeni layihələndirilən və tikilən avtomobil yollarının normativ xidmət müddətində istismar etmək üçün asfalt-beton örtüklü avtomobil yollarının təmirlərarası müddəti aşağıdakı kimi müəyyən edilmişdir: - hərəkət şiddəti 7000-dən çox olan I dərəcəli yol üçün əsaslı təmir müddəti 14-16 il, orta təmir müddəti 6 il;