İki azyaşlı uşağını yandıran azərbaycanlı qadına ağır cəza verildi


Kriminal 04 Apr 2019 19:31:00 215 0

İki azyaşlı uşağını yandıran azərbaycanlı qadına ağır cəza verildi

Rusiyanın Nijeqorod vilayət məhkəməsi ötən gün keçirdiyi iclasda iki azyaşlı övladını qətlə yetirməkdə və oğurluqda günahlandırılan Yelena Kərimovanı cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum edib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, hələlik məhkəmənin qərarı qüvvəyə minməyib və ondan şikayət verilə bilər.

Məhkəmə prosesində son söz demək hüququndan istifadə edən Kərimova özünü cinayətdə təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, Yelena Kərimova quldurluğa və soyğunçuluğa görə əvvəllər məhkum edilmiş və Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş şəxsin həyat yoldaşıdır. O, iki övladını amansızlıqla qətlə yetirməkdə ittiham olunur.

Sözügedən cinayət 2018-ci ilin aprelində Nijeqorod vilayətində törədilib. Aprelin 26-da Semyonovsk rayonunda içərisində iki uşağın meyiti olan yanmış avtomobil aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, Kərimova əvvəlcə övladlarını boğub, sonra isə izi itirmək üçün onların cəsədlərini yandırıb.

Polis keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadını saxlayıb. Qadın istintaqa törətdiyi əməli etiraf edib.

Kərimova bir-biri ilə əlaqəsi olmayan ifadələr verməklə istintaqı çaşdırmağa cəhd göstərib. Əvvəlcə ifadə verərkən deyib ki, o, uşaqlarının əsl qatilləri tərəfindən təhdid edilən anasının həyatına görə qorxduğu üçün bu əmələ əl atıb.

Əməlini boynuna götürmək istəməyən qadın qeyd edib ki, bu qəddar cinayəti onun evliliyi ilə əlaqədar olan hansısa adamlar törədib.

Yelena Kərimovadan soruşulanda ki, o, "əsl qatillər" deyəndə kimləri nəzərdə tutur, cavabı aydın olmayıb. Qadının ilkin istintaq zamanı verdiyi ifadə ilə sonrakı istintaqlar zamanı verdiyi ifadələr arasında fərq olub.

Qadın ifadələrinin birində deyib ki, qətl onun hazırda beynəlxalq axtarışda olan ərinin borcları səbəbindən törədilib. Digər ifadəsində isə bildirib ki, qətlə səbəb onların boşanmasıdır və uşaqların öldürülməsində də günahkar keçmiş əridir.

Vilayət məhkəməsinin sonuncu iclasında dövlət ittihamçısı Tatyana Menşova məhkəmədən müttəhimə 21 il həbs cəzası verilməsini, 1.5 il müddətinə azadlığının məhdudlaşdırılmasını xahiş edib.


Xəbərə aid fotolar