Tarix İnstitutunda struktur dəyişikliyi aparılıb


Digərləri 04 Apr 2019 19:38:00 255 0

Tarix İnstitutunda struktur dəyişikliyi aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda struktur dəyişikliyinin aparılması barədə qərar verilib.

Son.az bildirir ki, Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, yeni şöbənin yaradılması və 1 şöbənin adının isə dəyişdirilməsi qərara alınıb.

Elmi Şuranın qərarına əsasən institutda yeni yaradılacaq şöbənin adı "Azsaylı xalqların tarixi"dir və "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin isə adı dəyişdirilərək "Mənbəşünaslıq, tarixşünaslıq və tarixin nəzəriyyəsi" şöbəsi adlandırılıb.

Bildirilib ki, müəllifi Azərbaycan Prezidenti olan multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir.