Qalmaqallı Azərbaycan gözəli danışdı


Digərləri 04 Apr 2019 19:14:00 277 0

Qalmaqallı Azərbaycan gözəli danışdı

"Saçlarım təbiidir. Gözəllik yarışmasına qatılan insan süni olmamalıdır. Məndə heç bir estetik əməliyyat yoxdur.  Bundan qorxan bir insanam". 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri "Azərbaycan gözəli- 2019" müsabiqsinin qalibi Melissa Nuriyeva "Lent.az"ın canlı yayımında qonaq olarkən ünvanına səsləndirilən tənqidlərə cavabında deyib.

"Hər kəs kənardan baxıb şərh yazır. Qınamıram, indi hamı estetik etdirir. Belə hallar çoxaldığı üçün kimdəsə uzun saç görəndə düşünürlər ki, qaynaqdır.  Bilməyib danışanlara hörmətlə yanaşıram. Gözəllik yarışmasına təbii olaraq çıxmalısan. Yarışmada hər şey bir-birini tamamlamalıdır. Münsiflərin biri boyuma, digəri yerişimə üstünlük verirdi".