Şəhid anası: Oğlumun köynəyinə “Səni görüm şəhid olasan” yazmışdılar


Digərləri 04 Apr 2019 18:59:00 232 0

Şəhid anası: Oğlumun köynəyinə “Səni görüm şəhid olasan” yazmışdılar

2016-cı il Aprel döyüşlərində övladını Vətən uğrunda itirənlərdən biri də Bayramovlar ailəsidir.

Şəhid Şulan Bayramov 1996-cı ilin iyulun 28-də Sumqayıt şəhərində anadan olub. Orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olub. Lakin o, təhsilini donduraraq hərbi xidmətə gedib.

Ailədə iki qardaş olublar. Şulan hərbi xidmətini başa vurduğu zaman qardaşı dörd ayın əsgəri olub. 

Son.az xəbər verir ki, şəhidin anası Türkanə Bayramova Oxu.az-a müsahibəsində deyib ki, 18 il əziyyətlə böyütdüyü oğlunun üzünə, qoxusuna həsrət qalıb:

"Şulan əsgər gedən gün bir kəlmə dedi ki, anam mənim yanıma gəlməsin. O sözdən sonra 1 il 6 ay mən bir dəfə də olsun oğlumu görmədim. Bütün valideynlər uşaqlarının andiçmə mərasiminə qatıldı. Şulan mənə icazə vermədi.

İnanırsınız, bu müddət ərzində hələ də mən qapı döyüləcək, Şulan gələcək deyə gözləyirəm. Üç ildir həsrətim, ürəyimin yanğısı keçmir".

Şəhid Şulan Bayramovun hekayəsində hər kəsi dəhşətə gətirən bir məqam var. Anası deyir ki, sinif yoldaşlarından biri oğlunun məzun köynəyinin üzərinə "Səni şəhid olasan!" yazıb:


Xəbərə aid fotolar