Ərini yanında hər yerə aparan müğənnilərimiz


Şou-biznes 04 Apr 2019 18:44:00 216 0

Ərini yanında hər yerə aparan müğənnilərimiz

Şou-biznesin bir çox xanım ifaçıları var ki, onlar bütün məclislərə həyat yoldaşları ilə birlikdə gedirlər. Hətta bəziləri yaradıcılıq işlərində də xanımına kömək edir. 

Son.az axşam.az-a istinadən şou-biznesin ərlərini yanında gəzdirən müğənnilərinin siyahısını təqdim edir: Sevda Sanəliyeva bir çox məclisə əri ilə gedir. Hətta Sevda efirlərə gedəndə də ərini yanında aparırı. Cəmil Sanəliyevanın ikinci həyat yoldaşıdır. İfaçının ilk evlilikdən oğlan, ikinci həyat yoldaşından da qız övladı var.

Müğənni Səidə Dadaşova da hər məclisə, efirə və çəkilişə həyat yoldaşı ilə gedən ifaçılardandır. Hətta bir çox sənətlə bağlı işlərdə Səidəyə əri kömək edir. İfaçının bir övladı var. Hazırda isə o, hamilıdir.


Xəbərə aid fotolar