Cənubi Koreya 5G internetə keçdi


Dünya 04 Apr 2019 17:49:00 208 0

Cənubi Koreya 5G internetə keçdi

Dünyada ilk dəfə olaraq Cənubi Koreyada beşinci nəsil (5G) internet şəbəkəsinin kommersiya məqsədli istismarına start verilib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Cənubi Koreyanın Elm və İnformasiya-kommunikasiya Texnologiyaları Nazirliyi yeni nəsil şəbəkəni hələ mart ayında istismara verməyi planlaşdırıb. Habelə yeni texnologiyanı dəstəkləyən smartfonların istehsalı ləngidiyindən onu bir qədər ertələməli olublar.

Sələfi 4G ilə müqayisədə, 5G daha yüksək keçiricilik qabiliyyətinə malikdir, şəbəkənin genişəhatəli olmasına imkan yaradır, cihazlar arasında kommunikasiya sistemləri daha etibarlı olur, internet sürəti isə saniyədə 1-2 giqabitə qədər yüksələ bilir.