Zaxarova: Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü gözlənilir


Digərləri 04 Apr 2019 17:20:00 181 0

Zaxarova: Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü gözlənilir

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü gözlənilir

Bakı. Ləman Zeynalova - Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü gözlənilir. Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. O bildirib ki, Rusiya XİN rəhbəri bir neçə həmkarı ilə görüşəcək: “MDB Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Sergey Lavrov Belarusun xarici işlər naziri Vladimir Makeylə görüşəcək. Bundan başqa, nazirin iş cədvəlində Türkmənistan və Azərbaycan XİN rəhbərləri ilə qısamüddətli görüş var”. Qeyd edək ki, Elmar Məmmədyarovun rəhbərlik nümayəndə heyəti aprelin 5-i Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin