ABŞ və Türkiyə birbirini seçim qarşısında qoydu


Dünya 04 Apr 2019 17:09:00 211 0

ABŞ və Türkiyə birbirini seçim qarşısında qoydu

ABŞ vitse-prezidenti Mayk Pens bir daha Türkiyəni Rusiyanın "S-400" "Triumf" zenit-raket komplekslərini almaqdan daşınmağa çağırıb.

"Donald Tramp açıq-aydın bildirib ki, bizim NATO üzrə müttəfiqlərimizin qarşı tərəfdən silah almasına biganə qalmayacaq", - deyə Pens "Twitter" səhifəsində yazıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Pens Ankaranın iki yoldan birini seçməli olduğunu söyləyib:

"Ya tarixin ən uğurlu hərbi alyansında vacib tərəfdaş qalmağı, ya da belə düşüncəsiz qərar qəbul etməklə bu tərəfdaşlığı risk altına almaq istədiyini özü üçün müəyyənləşdirməlidir".