"Mətanət A" şirkətinin dəstək verdiyi KVN yarışı sona yaxınlaşır


Digərləri 04 Apr 2019 16:00:00 269 0

"Mətanət A" şirkətinin dəstək verdiyi KVN yarışı sona yaxınlaşır

Gənclərə dəstək Korporativ Sosial Məsuliyyət layihələrinə böyük önəm verən "Mətanət A" şirkətinin əsas prioritetlərindəndir. Şirkət ölkəmizin gələcəyi olan gənclər və yeniyetmələrin intellektual və mədəni inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirir, bu səpgili tədbirlərə dəstək verir. "Mətanət A"nın dəstək olduğu bu kimi layihələrdən biri də  KVN Azərbaycan Liqası - Şən və Hazırcavablar Klubunun (ŞHK) ölkə birinciliyidir. Respublikanın ən şən və hazırcavab komandasını müəyyənləşdirəcək yarış finala yaxınlaşır. Artıq yarışın yarımfinal mərhələsinin oyunları baş tutub. Oyunlarda 16 komandanın arasından ələnərək yarımfinal mərhələsinə qədər gəlib çıxmış 8 komanda iştirak edib. "Mətanət A" şirkətinin əməkdaşları gənclərin hazırladıqları səhnəcikləri yerində izləyərək dəstək olublar. Gərgin keçən mübarizənin sonunda daha 2 komanda mübarizəni dayandırıb. Xatırladaq ki, "Mətanət A" şirkətinin dəstəyi ilə Şən və Hazırcavablar klubunun ölkə birinciliyinin finalı may ayının 27-də baş tutacaq. 

"Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulub və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daim yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.