Pele xəstəxanaya yerləşdirildi


İdman 04 Apr 2019 15:10:00 177 0

Pele xəstəxanaya yerləşdirildi

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, sponsorluq razılaşması üçün Parisə gedən Pele, yüksək hərarət səbəbindən xəstəxanaya aparılıb.

Braziliyalı sabiq futbolçu Pele xəstəxanaya yerləşdirilib.

Braziliyalı keçmiş futbolçunun sağlıq vəziyyətinin yaxşı olduğu, hazıda həkim nəzarətində saxlanıldığı bildirilib. 78 yaşlı Pelenin yaxınları isə məsələylə bağlı açıqlama verməyib.

Futbol tarixinin ən yaxşı futbolçuları arasında göstərilən Pele, Braziliya millisi ilə 3 dəfə dünya çempionatının qalibi olub.