Xətai rayonunda binalarda istilik təchizatı dayandırılıb - SƏBƏB?


Digərləri 04 Apr 2019 15:26:00 201 0

Xətai rayonunda binalarda istilik təchizatı dayandırılıb - SƏBƏB?

Bakının Xətai rayonu, Gəncə prospektində, Yeni Günəşli və Köhnə Günəşli qəsəbələrində yaşayış və qeyri-yaşayış binalarında istilik təchizatı dayandırılıb.

Bakı. Samir Əli - Bakının Xətai rayonu, Gəncə prospektində, Yeni Günəşli və Köhnə Günəşli qəsəbələrində yaşayış və qeyri-yaşayış binalarında istilik təchizatı dayandırılıb. Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Trend-ə bildirib ki, istilik sisteminin olmamasına səbəb əraziyə təbii qaz verilişinin dayandırılmasıdır. "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Trend-ə faktı təsdiqləyib. Onun sözlərinə görə, həmin əraziyə qaz verilişinin dayandırılması "Azəriqaz" İstehsalat Birliyinin Qaz İxrac İdarəsi tərəfindən Qum adası-Qaraçuxur və Qum adası-Ağ şəhər magistral qaz kəmərləri arasında yeni çəkilmiş 130 pm diametrli 219 mm-lik əlaqələndirici qaz kəmərinin nəqletmə sisteminə birləşdirilməsi ilə əlaqədardır: