Barcelona yayda transferlərə xərcləyəcəyi məbləği açıqladı


İdman 04 Apr 2019 14:44:00 209 0

Barcelona yayda transferlərə xərcləyəcəyi məbləği açıqladı

Barcelona mövsümün sonunda heyətində bəzi dəyişikliklərə əl atacaq.

Goal.az-ın məlumatına görə, Kataloniya klubu rəhbərliyi yay transferlərinə 250-300 milyon avro xərcləməyi düşünür. Bunun fonunda Samuel Umtiti, İvan Rakitiç, Filip Koutinyo və daha bir neçə futbolçunu satışı ilə xərclənən pul yerinə qaytarılacaq.

Qeyd edək ki, Barcelona hələlik Ajax-ın yarımmüdafiəçisi Frenki de Yonqla anlaşıb. İspanlar Hollandiya klubunun müdafiəçisi Matteys de Liqt və bir hücumçu transferi də planlaşdırır.