Gəncədə qəza:


Digərləri 04 Apr 2019 15:05:00 204 0

Gəncədə qəza:

Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı Məmmədov Nurəddinin idarə etdiyi 20-CX-750 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yoldan çıxaraq, geyim mağazasına girib. 

Hadisəyə sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilib. 

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. 


Xəbərə aid fotolar