Nazir: "Diqlas"dakı yanğından zərərçəkmiş sahibkarlara dövlət yardımının verilməsinə sabahdan başlanılacaq


Digərləri 04 Apr 2019 15:00:00 222 0

Nazir: "Diqlas"dakı yanğından zərərçəkmiş sahibkarlara dövlət yardımının verilməsinə sabahdan başlanılacaq

Bakıda "Diqlas" ticarət mərkəzindəki yanğın zamanı zərərçəkmiş sahibkarlara dövlət yardımının verilməsinə sabahdan başlanılacaq.

Bakı. Mətanət Nəsibova - Bakıda "Diqlas" ticarət mərkəzindəki yanğın zamanı zərərçəkmiş sahibkarlara dövlət yardımının verilməsinə sabahdan başlanılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, ilkin mərhələdə sahibkarlar dövlət yardımının bir hissəsini ala biləcəklər. Vəsaitin qalanı isə dəymiş ziyanın yekun məbləği müəyyən edildikdən sonra ödəniləcək.