“Atəşgah” SŞ nümayəndəsi elmi konfransda aqrar sığorta təklifi ilə çıxış edib


Digərləri 04 Apr 2019 14:55:00 208 0

“Atəşgah” SŞ nümayəndəsi elmi konfransda aqrar sığorta təklifi ilə çıxış edib

“Atəşgah” Sığorta Şirkəti Gəncə filialının direktor müavini Orxan Qurbanov “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktiki konfransında iştirak edib.

Bakı. “Atəşgah” Sığorta Şirkəti Gəncə filialının direktor müavini Orxan Qurbanov “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktiki konfransında iştirak edib. O, konfransda çıxış edərək dünyada kənd təsərrüfatı sahəsində ənənəvi sığorta növündən əlavə, qeyri-ənənəvi - indeksli sığortanın getdikcə daha çox əhəmiyyət qazandığını bildirib. O.Qurbanovun sözlərinə görə, indeksli sığorta modeli, əkin sahələrinə dəyən ziyan üzrə sığorta ödənişinin bəzi indekslərin razılaşdırılmış həddi-müəyyən bir parametr göstəricisini aşdığı təqdirdə həyata keçirilir: