Elmar Məmmədyarov: "“Şərq tərəfdaşlığı” proqramı hələ tam icra olunmayıb"


Digərləri 04 Apr 2019 14:39:37 237 0

Elmar Məmmədyarov: "“Şərq tərəfdaşlığı” proqramı hələ tam icra olunmayıb"

""Şərq tərəfdaşlığı" proqramı hələlik 100 faiz icra olunmayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib.

O bildirib ki, inkişaf üçün imkanlar var:

"Şərq tərəfdaşlığı" çərçivəsində Aİ və onun üzv dövlətləri, eləcə də proqramın üzv dövlətləri üçün çoxlu imkanlar var".

E.Məmmədyarov qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin 2020-ci ildə işə düşməsi ilə qaz Xəzər dənizinin Azərbaycan sektorundan İtaliya bazarlarına tədarük olunacaq və bu, tamamilə yeni imkanlar açacaq:

"Cənub Qaz Dəhlizi" həm də digər ölkələrə, xüsusilə də Balkan regionunadək uzadıla bilər".

Nəqliyyat sahəsində əməkdaşlıqdan danışan nazir vurğulayıb ki, Aİ mövcud nəqliyyat dəhlizlərinin istifadəsində maraqlıdır.