2019-cu ilin I rübündə Energetika Nazirliyi tərəfindən 34 icazə verilib


Digərləri 04 Apr 2019 14:41:00 213 0

2019-cu ilin I rübündə Energetika Nazirliyi tərəfindən 34 icazə verilib

2019-cu ilin I rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 34 icazə verilib.

Bakı. 2019-cu ilin I rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 34 icazə verilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu icazələrdən 25-i ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixrac nəzarətinə düşən malların ixracı, 8-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.