"PAŞA Sığorta" avtomobil sahibləri üçün "Yaz Fürsəti" hədiyyə kampaniyasına start verir


Digərləri 04 Apr 2019 14:09:00 213 0

"PAŞA Sığorta" avtomobil sahibləri üçün "Yaz Fürsəti" hədiyyə kampaniyasına start verir

"PAŞA Sığorta" şirkəti könüllü avtomobil sığortası (KASKO) məhsulu üzrə “Yaz Fürsəti” adlı hədiyyə kampaniyasını elan edir.

Bakı. "PAŞA Sığorta" şirkəti könüllü avtomobil sığortası (KASKO) məhsulu üzrə “Yaz Fürsəti” adlı hədiyyə kampaniyasını elan edir. Aprelin 30-dək "PAŞA Sığorta"dan KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər şirkətin təqdim etdiyi unikal yaz fürsətindən faydalanaraq hədiyyə yanacaq kartı qazanacaqlar. Beləliklə, 450 AZN və daha yüksək məbləğdə KASKO sığortası əldə edən hər bir fərdi müştəri PAŞA Sığortadan 100 AZN nominallı hədiyyə yanacaq kartına sahib olacaq. Sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilərə isə 200 AZN dəyərində yanacaq kartı hədiyyə ediləcək. KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.