Azərbaycan Qlobal kibertəhlükəsizlik reytinqində MDB ölkələri arasında 4-cü yerdə qərarlaşıb


Digərləri 04 Apr 2019 14:14:00 189 0

Azərbaycan Qlobal kibertəhlükəsizlik reytinqində MDB ölkələri arasında 4-cü yerdə qərarlaşıb

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2018" reytinqində 55-ci yerdə qərarlaşıb

Bakı. Əli Qasımov - Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2018" reytinqində 55-ci yerdə qərarlaşıb. Trend-in məlumatına görə, Azərbaycan 0.653 xal toplayıb. Azərbaycan MDB ölkələri arasında Belarus, Ermənistan, Tacikistan, Qırğızıstan və Türkmənistanı qabaqlayaraq 4-cü olub. Dünya ölkələri arasında Azərbaycan Serbiya, Yunanıstan, İran, İslandiya kimi ölkələri qabaqlayıb. Reytinqdə ilk üçlükdə isə Böyük Britaniya, ABŞ və Fransa qərarlaşıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin