Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü razılaşdırılıb


Siyasət 04 Apr 2019 13:51:55 184 0

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü razılaşdırılıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı razılaşdırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, yaxın zamanlarda ikitərəfli görüş baş tutacaq:

"Biz artıq tarix barəsində razılıq əldə etmişik. Bu tarix ənənəvi olaraq Bakıda və Yerevanda açıqlanacaq".