Zakir Həsənov: "Hücuma keçsəydilər, Tonoyanla Yerevanda görüşərdim"


Siyasət 04 Apr 2019 13:53:21 216 0

Zakir Həsənov: "Hücuma keçsəydilər, Tonoyanla Yerevanda görüşərdim"

Müdafiə naziri Zakir Həsənov Ermənistan müdafiə naziri David Tonoyanın "sülh naminə ərazi" formulasının əvəzinə "yeni ərazilər üçün yeni müharibə" açıqlamasına münasibət bildirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, AZTV-yə müsahibəsində Z.Həsənov bildirib ki, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar.

"Hesab edirəm ki, Tonoyan hərbçi deyil.  O, rəhbərlik etdiyi ordusunun imkanlarından xəbərsizdir. Tonoyan bu sözləri Nyu-Yorkda deyib erməni lobbisinin qarşısında. Oraya pul dilənməyə getmişdi. Bu gün Ermənistan ordusunun Azərbaycana hücum etməsi üçün nə iqtisadi imkanı, nə silahı, nə şəxsi heyəti, nə də digər imkanları var".

Zakir Həsənov bildirib ki, bu sözləri eşidəndə onların doğurdanda hücuma keçməsini arzulayıb.

"Mən onunla Yerevanda görüşərdim. Lakin onların buna imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin 4-5 qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm".