Nazir: "Rusiya Azərbaycanla birgə müəssisələrin yaradılmasını prioritet hesab edir"


Digərləri 04 Apr 2019 12:48:00 227 0

Nazir: "Rusiya Azərbaycanla birgə müəssisələrin yaradılmasını prioritet hesab edir"

Rusiya sənaye sektorunda birgə müəssisələrin yaradılmasını Azərbaycanla əməkdaşlıqda prioritetlərdən biri hesab edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın sənaye və ticarət naziri Denis Manturov RF sənaye müəssisələrinin Azərbaycana işgüzar missiyasına həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, hazırda iki ölkə arasında prioritet istiqamətlərdən biri sənaye sektorunda birgə müəssisələrin yaradılmasıdır:

"Rusiya Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır və yaxın gələcəkdə bu sahədə tərəfdaşlığın möhkəmləndiriləcəyinə ümid edir".