Makqreqor fikrini dəyişdi


İdman 04 Apr 2019 12:47:00 236 0

Makqreqor fikrini dəyişdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor karyerasını bərpa edib.

Goal.az xəbər verir ki, 31 yaşlı irlandiyalı döyüşçü bu barədə “Twitter” hesabında yazıb. 9 gün əvvəl karyerasını başa vurduğunu açıqlayan idmançı fikrini dəyişib.

Qeyd edək ki, Makqreqor indiyə qədər keçirdiyi 25 döyüşdən 21-də qalib gəlib. O, sonuncu dəfə ötən ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub.