Birinci sinfə qəbul üzrə 36 mindən artıq sorğu yerləşdirilib


Digərləri 04 Apr 2019 12:30:00 202 0

Birinci sinfə qəbul üzrə 36 mindən artıq sorğu yerləşdirilib

Aprelin 4-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 36 289 sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, onlardan 33 296-sı ümumi təhsil məktəblərini, 2 993-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 72 faizindən çoxdur.

2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib.

2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.