Bakıda kirayə yaşayan əcnəbinin 15 min manatdan çox pulu oğurlandı


Digərləri 04 Apr 2019 11:58:00 235 0

Bakıda kirayə yaşayan əcnəbinin 15 min manatdan çox pulu oğurlandı

Bakının Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15.700 manat pulunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. "İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Ağayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.