Bakıda qadını maşınla vurub qaçan sürücü həbs edilib


Digərləri 04 Apr 2019 11:56:00 171 0

Bakıda qadını maşınla vurub qaçan sürücü həbs edilib

Martın 31-də saat 23 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ümid qəsəbə sakini Əfsanə Qurbanova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Bakı. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək istintaqa cəlb olunub. Trend-in xəbərinə görə, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir ki, aprelin 1-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində naməlum avtomobilin sürücüsü yolun kənarında dayanmış piyada 1988-ci il təvəllüdlü Əfsanə Qurbanovanı vuraraq hadisə yerindən qaçıb, Ə.Qurbanova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.