Avtobus avtomobilə çırpılıb aşdı:


Dünya 04 Apr 2019 11:45:00 221 0

Avtobus avtomobilə çırpılıb aşdı:

İranın Kirman vilayətində Zahidan-Yəzd magistralında hərəkət edən avtobus "Samand" markalı avtomobillə toqquşduqdan sonra aşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirman vilayəti fövqəladə hallar və tibbi yardımlar mərkəzinin direktoru Məhəmməd Sabiri deyib.

M.Sabirinin sözlərinə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 23 nəfər yaralanıb.