Türkiyədə təkrar bələdiyyə seçkilərinin keçirilməsi təklif olunur


Dünya 04 Apr 2019 11:49:00 300 0

Türkiyədə təkrar bələdiyyə seçkilərinin keçirilməsi təklif olunur

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli Türkiyə hakimiyyətini ölkənin iri şəhərlərində təkrar bələdiyyə seçkiləri keçirməyə çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, D.Bahçeli təkrar bələdiyyə seçkilərinin keçirilməsinin Türkiyə qanunlarına zidd olmadığını bildirib:

"Təkrar seçkilər 31 mart seçkilərindən sonra meydana çıxan mənfi və mübahisəli məqamların aradan qaldırılmasına imkan verəcək".