Barcelona ilə danışıqlar aparırdı, Real-la anlaşdı


İdman 04 Apr 2019 11:30:00 298 0

Barcelona ilə danışıqlar aparırdı, Real-la anlaşdı

Real mövsüm başa çatmamış üçüncü transferini gerçəkləşdirib.

Goal.az-ın məlumatına görə, Rodriqo və Militaodan sonra "kral klubu" daha bir oyunçunu - PSG-nin yarımmüdafiəçisi Adrien Rabyodan gedir. Mövsümün sonunda Paris klubunu tərk edəcək 24 yaşlı orta sahə oyunçusu yayda Barcelona-ya keçməyə yaxın görünürdü. Lakin çox pul tələb etməsi kataloniyalıları geri addım atmağa vadar edib. Fransa millisinin üzvünün Real-la ilkin razılığa gəldiyi bildirilir.

Rabyonun PSG ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, "kral klubu"na pulsuz başa gələcək.