Baş katib: "Bakıda keçirilən OPEC+ görüşü göstərdi ki, bazarın balanslaşdırılması fasiləsiz prosesdir"


Digərləri 04 Apr 2019 11:17:00 217 0

Baş katib: "Bakıda keçirilən OPEC+ görüşü göstərdi ki, bazarın balanslaşdırılması fasiləsiz prosesdir"

Bakıda keçirilən OPEC+ görüşü göstərdi ki, bazarın balanslaşdırılması vəzifəsi fasiləsiz prosesdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Malaboda (Ekvatorial Qvineya) VII APPO CAPE konfrans və sərgisində çıxış edərkən deyib.

O qeyd edib: "Bizim missiyamız uzunmüddətli nəticələrə hesablanıb. Bazarın balanslaşdırılması və sabitliyin saxlanması vəzifəsi fasiləsiz prosesdir. Bu, martın 18-də Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin sonuncu - 13-cü iclasında da aydın oldu".

M.Barkindo əlavə edib ki, neft hasilarının azaldılması üzrə OPEC+ sazişi qısamüddətli perspektivə hesablanmayıb: "Bizim uzunmüddətli məqsəd və tapşırıqlarımız var. Bu, Bakıda keçirilən iclasda da bəyan olundu".

O bildirib ki, Monitorinq Komitəsi 2019-cu il boyunca dünya neft bazarları ilə əlaqədar cari mürəkkəb qeyri-müəyyən vəziyyəti qəbul edib və sazişin bütün iştirakçı ölkələrinin bazarın sabitliyinin saxlanmasına və istənilən bazar disbalansının təkrarlanmasının qarşısının alınmasına görə ümumi məsuliyyətini vurğulayıb: