Çılpaq videosu yayılan qız: "Namusu ətək altında qoruyan..."


Digərləri 04 Apr 2019 10:34:00 294 0

Çılpaq videosu yayılan qız: "Namusu ətək altında qoruyan..."

"Hər kəsin sahib olmaq istədiyi bədənin var"

Bir neçə gün bundan əvvəl çılpaq videosu ilə müzakirə olunan 3 xanımdan biri sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. Şəxsi Instagram hesabında status yazan qız qadın olmağın çətinliklərini bildirib.

Son.az onun statusunu olduğu kimi təqdim edir:

''Günahdır Qadın olmaq"

Çünki hər kəsin sahib olmaq istədiyi bədənin var. Qorumağa məcbur olduğun namusun, sevməyə məcbur olduğun adətlərin var... Adam kimi adam deyər hamı, amma qadın kimi qadın deyən olmaz, məsələn... əladı, "bomba"dı deyərlər tanımadan, bilmədən.

Soyuq olmalıdır hər zaman qadın, hisiyyatsız görünməlidir, hər zaman baxımlı olmalıdır, amma diqqət çəksə, qəbahətdir... Hər kəsin yanında yerini bilməlidir. Sevsə, pis baxarlar, gülsə, pis baxarlar, əldə edə bilsələr, adi biri olarsan, əldə edə bilmədiklərində dedi-qodu mövzuları olarsan, qaralamağa başlayarlar... Susarsan, cahildir deyərlər, susmasan, dili uzun, həyasız deyərlər.