Qara Qarayev: “Yataqxananın həyətində asfalt meydança vardı...”


İdman 04 Apr 2019 09:54:00 284 0

Qara Qarayev: “Yataqxananın həyətində asfalt meydança vardı...”

“Qarabağ”ın və yığma komandanın müdafiəçisi Qara Qarayevin müsahibəsi:

Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvasını itirmiş, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış həmvətənlərimiz arasında, bütün mərhumiyyətlərə rəğmən, istedad və bacarığını üzə çıxarmağa, cəmiyyətdə öz yerini tutmağa nail olanlar da çoxdur. Ağdamın “Qarabağ” futbol klubunun müdafiəçisi, yığma komandanın üzvü Qara Qarayev də onlardan biridir. Əslən Füzuli rayonundan  olan 27 yaşlı futbolçu karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun çempionu olub. İndiyədək kütləvi informasiya vasitələrində daha çox idman həyatı işıqlandırılan gənc futbolçu qəzetimizin məcburi köçkünlük məsələsi ilə bağlı suallarını səmimiyyətlə cavablandırıb.