Azərbaycanda təyyarə satılır


Digərləri 04 Apr 2019 10:09:00 190 0

Azərbaycanda təyyarə satılır

Azərbaycanda elan saytlarında və sosial şəbəkələrdə təyyarə satılır. Bununla bağlı satış qruplarında elanlar yerləşdirilib.

Son.az xezerxeber.az-a istinadən xəbər verir ki, satışa iki ədəd "Boing-747" təyyarələri çıxarılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, təyyarəni satan şəxs paytaxt sakini Əminağa Hacıyevdir.

Müsahib bildirir ki, elanda olan təyyarə hazırda İndoneziyadadır və o, burada, sadəcə, vasitəçi rolunu oynayır. Onun sözlərinə görə, həmin təyyarələrin istifadə müddəti başa çatıb. Belə təyyarələr, əsasən, hostel və restoran edilməsi məqsədi ilə alınır.

Müsahibin sözlərinə görə, təyyarələrin bir ədədinin qiyməti 500 min dollardan başlayır.


Xəbərə aid fotolar